Bu ölkə vətəndaşları Avropaya vizasız GEDƏCƏKbackend

Bu ölkə vətəndaşları Avropaya vizasız GEDƏCƏK

Kosovo ilə Avropa İttifaqı arasında vizasız rejim 2024-cü il yanvarın 1-dən qüvvəyə minəcək.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Anita Hipper bildirib.

Onun sözlərinə görə, Avropa Parlamenti bu həftənin əvvəlində bu təşəbbüsü dəstəkləyib.

Qeyd edək ki, Kosovonun müstəqilliyini Aİ-nin beş dövləti İspaniya, Yunanıstan, Kipr, Slovakiya və Rumıniya tanımır.

Hipperin sözlərinə görə, Kosovo sakinləri 90 günə qədər Aİ-yə vizasız səfər edə biləcəklər.

Xatırladaq ki, vizasız rejimin yaradılması proseduru hələ 2012-ci ildən başlayıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*