Somalinin paytaxtı Moqadişoda hərbi tribunalın hökmündən sonra “Əş-Şəbab” terror qruplaşmasının üç üzvü edam edilib.
KONKRET.az xəbər verir ki, bu barədə “Somali Guardian” portalı məlumat yayıb.
Bildirilib ki, edam “Əş-Şəbab”ın növbəti terror aktından iki gün sonra həyata keçirilib.
Məlumata görə, son bir neçə həftə ərzində Moqadişoda qruplaşmanın 8 üzvü artıq məhkəmənin qərarı ilə edam edilib.
Qeyd edək ki, “Əl-Şəbab” 2004-cü ildə Somalidə yaranıb. 2008-ci ildən bəri təşkilatın üzvləri vaxtaşırı partlayışlar və pusqu hücumları təşkil edir.
İqbal Rzayev,
KONKRET.az
