Bu ölkədə ildırım 24 nəfərin ölümünə səbəb oldubackend

Bu ölkədə ildırım 24 nəfərin ölümünə səbəb oldu

Hindistanın qərbindəki Qucarat ştatında son iki gündə güclü aramsız yağışlar yağır.

KONKRET.az xəbər verir ki, bu barədə ştat rəhbərliyi məlumat yayıb.

Bildirilir ki, əlverişsiz hava şəraitində ildırım vurması nəticəsində 24 nəfər ölüb, 23-ü isə yaralanıb:

“Bazar və bazar ertəsi güclü yağış, tufan və dolu ilə müşayiət olunub, bəzi yerlərdə bir saat ərzində 144 mm-ə qədər yağış yağıb”.

Hindistan Meteorologiya İdarəsi bu gün də ştatın bəzi yerlərində yağıntıların davam edəcəyini proqnozlaşdırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*