backend

Bu ölkədə koronavirusdan ilk ölüm qeydə alındı - Ölkədə fövqəladə vəziyyət elan olunub

Kolumbiyada yeni növ koronavirusa (COVID-19) yoluxmuş şəxs dünyasını dəyişib.

KONKRET.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin “Twitter” hesabında yazılıb.

Məlumata görə, 58 yaşlı kişi virusa sürücü işlədiyi zaman italiyalı turistlərdən yoluxub.

Qeyd edək ki, Kolumbiyada koronavirusa yoluxanların ümumi sayı 210 nəfərdir. Hazırda üç nəfər sağalaraq evə buraxılıb.

Xatırladaq ki, Kolumbiyada koronavirusa görə fövqəladə vəziyyət elan olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*