Belarusun 118 regionunda vətəndaşların meşəyə gediş-gəlişinə məhdudiyyətlər qoyulub.
KONKRET.az xəbər verir ki, bunu ölkənin Meşə Təsərrüfatı Nazirliyinin saytındakı interaktiv xəritənin məlumatları sübut edir.
Rayon İH-lərin dərc etdiyi sənədlərə əsasən, meşə təsərrüfatı ilə məşğul olan hüquqi şəxslərin və aidiyyəti orqanların nəqliyyat vasitələri istisna olmaqla, nəqliyyat vasitələri meşə ərazisinə daxil ola bilməz. Həmçinin orada meşə təsərrüfatı ilə bağlı olmayan işlər görülə bilməz.
Eyni zamanda, ölkənin altı rayonunda meşəyə getməyə tam qadağa tətbiq edilib. Belə ki, belaruslar onun ərazisinə belə girə bilməzlər.
Qeyd edək ki, səlahiyyətlilər meşələrdə orta yanğın təhlükəsi fonunda tədbirlər görmək qərarına gəliblər.
Burhan,
KONKRET.az
