Belçika, Lüksemburq, Niderland və İsveç 2026-cı il oktyabrın 1-dən Rusiya vətəndaşlarına verilmiş beşillik, yəni qeyri-biometrik xarici pasportları tanımağı dayandıracaq.
KONKRET.az xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb.
Qərar həmin pasportların sahiblərinin sözügedən ölkələrə girişinə və bu sənədlərlə bağlı viza prosedurlarına təsir göstərə bilər.
Natiq Səlim,
KONKRET.az
