“Bu, özünü dünyanın ən mühüm prosesindən təcrid edən hakimiyyətin axmaqlığıdır” – Erməni analitik “od püskürdü”backend

“Bu, özünü dünyanın ən mühüm prosesindən təcrid edən hakimiyyətin axmaqlığıdır” – Erməni analitikod püskürdü

İlham Əliyev Davosda ölkəsinin maraqlarını müdafiə edəcək. Bəs bizim baş nazirimiz niyə yoxdur?

“Avropada qazın birja qiymətləri 1000 kubmetr üçün 650 dollardan aşağı düşüb. Bunu Aİ birjasının məlumatları sübut edir. İndekslər 649 dollar səviyyəsinə enib. Bu, 6 sentyabr 2021-ci il tarixindən bəri ən aşağı qaz qiyməti göstəricisidir. Eyni zamanda, Rusiya mediası da baş verənlərlə bağlı artıq açıqlama yayıb. Onların versiyasına görə, qiymətlər anomal isti hava fonunda aşağı düşür ki, bu da anbarlardan qazın çəkilməsini azaltmağa imkan verir. Bəli, isti hava və qaz anbarlarının vaxtında doldurulması öz rolunu oynayır. Lakin onu da xatırlamaq lazımdır ki, dekabrın 19-da Aİ ölkələri Rusiya qazının qiymətinin yuxarı həddinin meqavat-saat üçün 180 avro səviyyəsində olması barədə razılığa gəliblər. Qiymət tavanı birjadankənar əməliyyatlara şamil edilməyəcək. Məhdudiyyət fevralın 15-dən qüvvəyə minəcək”.

KONKRET.az xəbər verir ki, bu fikirlər Ambartsum K. Adlı erməni analitikin məqaləsində yer alıb:

“Amerikalılar artıq yeni reallıq yaradırlar. EQT-nin (ABŞ-ın ən böyük qaz istehsalçısı) rəhbəri Tobi Rays mətbuat konfransında deyib: “Avropaya təbii qazın MMBtu-ya 12 dollar qiymətinə çatdırılması üçün uzunmüddətli müqavilələr bağlamaq lazımdır. Biz qazı Avropanın qapısına MMBtu üçün 12 dollar (təxminən min kubmetr üçün 380 dollar) qiymətinə çatdıra bilərik və bu, ABŞ-da qazın hər MMBtu üçün 4 dollara başa gəlməsi deməkdir”.

İndi MMBtu üçün qiymət 20 dollardır. EQT rəhbərinin sözlərinə görə, ABŞ Rusiya qazını əvəz etmək üçün Avropaya LNG tədarükünü artıra bilər. ABŞ-dan LNG ixracının artım potensialı 500 milyard kubmetrdir. Əgər bu təklif uğur qazanarsa, o zaman Rusiya üçün Almaniya bazarı demək olar ki, həmişəlik bağlanacaq. Çünki dünya “yaşıl enerji”yə keçir və qalıq yanacaqlar mərhələli şəkildə dayandırılacaq. Bunlar yeni reallıqlardır. Eyni zamanda, artıq Rusiya prezidenti açıq şəkildə ələ salınır. Belə ki, fransız generalı Mişel Yakovleff yerli telekanallardan birində çıxışı zamanı deyib:

“Putin ölçü vahidi kimi tarixə düşəcək. Zəlzələlər üçün Rixter şkalası var, strateji səhv hesablamalar və tarixi səhvlər üçün isə Putin şkalası olacaq. Gələcəkdə deyəcəklər: “Bəli, onlar Putini sındırdılar!”. Putin fevralın 24-dən səhvləri ölçmək üçün standart olacaq”. Və bütün bunların fonunda hələ də Ermənistanın KTMT, Gömrük İttifaqı və Aİİ-də mövcudluğunun davam etdirilməsinin tərəfdarı olanlarımız var. Üstəlik, hətta Ermənistanın İttifaq dövlətinə daxil olmasını müdafiə edənlər də az deyil. Yəni, bu insanlar baş nazir Nikol Paşinyana qanlı diktatorlarla – Putin və Lukaşenko ilə bərabər dayanmağı təklif edirlər. Bu insanların nəinki beyinləri, hətta vicdanları da yoxdur”, – deyə erməni analitik vurğulayıb.

“Aydındır ki, Rusiyanın siyasi, iqtisadi və hərbi çöküşü nəinki qaçılmazdır, həm də çox tezliklə baş verəcək. Artıq bunun ilk əlamətlərini görürük və ilin sonunda təhlükəsizliyimizin təminatçısı rolunu həvalə etdiyimiz ölkə üçün hər şey daha acınacaqlı olacaq. Ona görə də, Rusiyadan qurtulmaq zərurətdir, yaşamaq üçün şansdır. Bu mənada dünyada bir anlıq dəyişən hər şeydən xəbərdar olmaq son dərəcə vacibdir. Davosda keçirilən Dünya İqtisadi Forumu bunun üçün yaxşı platformadır. Yeri gəlmişkən, rusları ora buraxmırlar. Eyni zamanda, tədbirdə 50-dən çox dövlət və hökumət başçısı, 19 mərkəzi bank rəhbəri, 30 ticarət naziri və 35 xarici işlər naziri, həmçinin BMT, Beynəlxalq Valyuta Fondu və Ümumdünya Ticarət Təşkilatının rəhbərləri iştirak edəcək. Azərbaycan prezidenti də orada olacaq. O, Davosa Abu Dabidən gəlib və burada Davamlı İnkişaf Həftəsində iştirak edib. Əliyev öz ölkəsinin maraqlarını fəal şəkildə təbliğ edir. Davosda da eyni şeyi həyata keçirəcək. Nikol Paşinyan buna necə cavab verəcək? Davosa getməyəcəklər. Nəzərinizə çatdırım ki, o, ötən il də Davosda olmayıb. Ermənistan prezidenti getsə də, paşinyan foruma qoşulmayıb. Hərçənd, Ermənistanda bütün səlahiyyətlər Paşinyanın əlində cəmləşib”. – Ambartsum bildirib.

“Belə bir səfərin planlaşdırılmamasının və həyata keçirilməməsinin səbəbləri bizə məlum deyil. Nəticə etibarı ilə bu, özünü dünyanın ən mühüm proseslərindən təcrid edən hakimiyyətin daha bir axmaqlığıdır. Ona görə də, Azərbaycanın mövqeyinin dünyada daha çox səsləndiyinə və qəbul edildiyinə təəccüblənməməliyik”, – deyə erməni analitik fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*