Bu, qocalmanı ləngidir – Rus mütəxəssisbackend

Bu, qocalmanı ləngidir - Rus mütəxəssis

Fermentləşdirilmiş qidalar olduqca faydalıdır. Onlar həmçinin qocalmanı yavaşladır.

KONKRET.az xəbər verir ki, bunu rusiyalı qastroenteroloq Lyudmila Suxorukova deyib.

Mütəxəssis fermentasiyanın bir sıra maddələrin parçalanmasına və həzmin yaxşılaşmasına kömək etdiyini bildirib:

“Fermentasiya edilmiş qidaların sızanaqları solduran, həmçinin dərinin qocalma prosesini yavaşladan faydalı xüsusiyyətlərə malik olduğu sübut edilib. Onu da xatırladım ki, fermentasiya zamanı süd məhsullarında orqanizm üçün vacib olan probiotiklərin və prebiotiklərin olur. Birincilər mədə-bağırsaq xəstəlikləri üçün faydalıdır və ürək yanması, qəbizlik və ishal kimi simptomları aradan qaldırmağa kömək edir. Probiotiklər də qaraciyərdən artıq yağları çıxarmağa və hətta artrit əlamətlərini azaldır. O cümlədən, laktik turşu məhsulları süni əlavələr olmadan probiotiklərlə zəngindir. Məsələn, turşu kələm və duzlu xiyarda da olur. Probiotiklərin daimi istehlakı həzmə çox müsbət təsir edir, həmçinin immunitet sistemini gücləndirir və orqanizmdə enerji səviyyəsini artırır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*