ABŞ Prezidenti Donald Trampın ən yaxın müttəfiqlərindən bəziləri Dövlət katibi Marko Rubionu 2028-ci il prezident seçkisində real namizəd kimi nəzərdən keçirirlər.
KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Bildirilir ki, Rubionun mövqeyi Venesuelanın sabiq prezidenti Nikolas Maduronu devirmə prosesindəki fəaliyyəti və Trampa sarsılmaz sədaqəti ilə gücləndi. ABŞ Administrasiyasına yaxın mənbələr Dövlət Katibini Trampın varisi kimi məqbul seçim adlandırıblar.
Bundan əvvəl ABŞ-li jurnalist Taker Karlson vitse-prezident Ceyms Devid Vensi Respublikaçılar koalisiyasının başında Donald Trampın mümkün varisi kimi göstərmişdi.
