Məşhur müğənni İbrahim Tatlısəsin qızı Dilan Çıtak ilk dəfə sağlamlıq problemləri və şəxsi həyatında yaşadığı çətinliklər barədə açıq danışıb.
KONKRET.az xəbər verir ki, o, “Obsesif-Kompulsif Pozuntu “(OKB) xəstəliyindən əziyyət çəkdiyini bildirib.
Çıtak qeyd edib ki, bu vəziyyət onun gündəlik həyatına ciddi təsir edir: tez-tez təmizlik etməyə məcbur olur və hətta gecə yuxudan oyanaraq evi süpürdüyünü deyib.
Onun sözlərinə görə, xəstəlik sosial həyatına da mənfi təsir göstərir. Qonaq qəbul etməkdə çətinlik çəkdiyini bildirən Çıtak evində təmizliyə həddindən artıq həssas yanaşdığını vurğulayıb.
Dilan Çıtak çıxışı zamanı karyerası ilə bağlı problemlərə də toxunub. O bildirib ki, atası ilə bağlı mediada yayılan xəbərlər bəzi iş imkanlarının itirilməsinə səbəb olub:
“Bəzi müqavilələrim ləğv edildi, menecerlər mənimlə işləmək istəmir”.
Müğənni ona qarşı irəli sürülən ittihamların ədalətsiz olduğunu deyərək, bu vəziyyətin psixoloji baxımdan da onu yorduğunu qeyd edib.//milli.az
