Aliment alanlara ünvanlı sosial yardım düşür? – VACİB AÇIQLAMAbackend

Aliment alanlara ünvanlı sosial yardım düşür? - VACİB AÇIQLAMA

Azərbaycanda sosial təminat sistemindən yararlanmaq istəyən vətəndaşlar arasında ən çox müzakirə olunan məsələlərdən biri də aliment alan şəxslərin ünvanlı dövlət sosial yardımı hüququdur. Xüsusilə, son dövrlər aliment ödənişlərinin gecikməsi və ya ümumiyyətlə həyata keçirilməməsi ailələrin maddi vəziyyətinə ciddi təsir göstərir və bu da sosial yardım məsələsini daha аktual edir.

Mövcud qanunvericilik bu hallara necə yanaşır və aliment alan şəxsə sosial yardım düşürmü?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Mehman Muradlı bildirib ki, vətəndaşın işləməsi və eyni zamanda aliment alması onun avtomatik şəkildə sosial yardımdan məhrum edilməsi demək deyil.

“Əsas məsələ ailənin ümumi gəlirinin dövlət tərəfindən müəyyən edilən ehtiyac meyarını keçib-keçməməsidir.
Bəzi hallarda vətəndaş məhkəmə qərarı olsa belə, alimenti faktiki olaraq ala bilmir.
Belə vəziyyətdə şəxs icra şöbəsinə müraciət edir və alimentin ödənilmədiyinə dair rəsmi sənəd əldə edir. Məsələn, 4 ay və ya daha artıq müddətdə aliment alınmırsa, bu hal nəzərə alınır.”

Mehman Muradlının sözlərinə görə, alimentlə bağlı məhkəmə qərarının mövcudluğu sosial yardım almaq üçün hüquqi maneə yaratmır. Lakin sosial yardımın təyin edilməsi zamanı ailənin real gəlirləri, o cümlədən faktiki olaraq əldə edilən vəsaitlər əsas götürülür. Nəticə etibarilə, əgər ailənin adambaşına düşən gəliri yaşayış minimumundan aşağıdırsa və ehtiyac meyarına uyğundursa, aliment alan şəxs də ünvanlı dövlət sosial yardımı ala bilər.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*