Bu şəxslər gəlir vergisi verməyəcəkbackend

Bu şəxslər gəlir vergisi verməyəcək

Yüksək ixtisaslı miqrantlar 20 il gəlir vergisi verməyəcək.

KONKRET.az xəbər verir ki, məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Miqrasiya Məcəlləsində nəzərdə tutulmuş yüksək ixtisaslı miqrantların Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən və ya qeydiyyatda olan qeyri-rezident şəxslərlə bağlanmış əmək müqaviləsi çərçivəsində xaricdən əldə etdikləri gəlirlər 2027-ci il yanvarın 1-dən 20 il müddətinə gəlir vergisindən azad olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*