Bu şəxslərin Bakıya girişi üçün güzəşt ediləcək – RƏSMİbackend

Bu şəxslərin Bakıya girişi üçün güzəşt ediləcək - RƏSMİ

Bakı Beynəlxalq Avtovağzalı da daxil olmaqla respublikanın 56 vağzalında iş rejimi gündəlik qaydada davam edir. Hələ ki heç bir dəyişiklik yoxdur. Dəyişiklik olduğu təqdirdə, Operativ Qərargahın qərarlarına uyğun olaraq hərəkət edəcəyik.

KONKRET.az xəbər verir ki, bunu Teleqraf.com-a açıqlamasında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova deyib.

O bildirib ki, hazırda region, Bakı, yaxud Sumqayıt qeydiyyatı olmasından asılı olmayaraq, bütün sərnişinlərin paytaxtdan rayonlara gedişi təmin olunur:

“Yalnız Bakıya girişdə qeydiyyatla bağlı məhdudiyyət var. Paytaxt qeydiyyatında olanlara giriş-çıxış sərbəstdir. Martın 29-na qədər region qeydiyyatı olanlar Bakıya daxil ola bilməyəcəklər”.

Qurum sözçüsu bildirib ki, məcburi köçkün və qaçqınlara isə müəyyən güzəştlər tətbiq olunur:

“Onların qeydiyyatı Dağlıq Qarabağ bölgələrinədir. Müvəqqəti yaşadıqları yerlə bağlı arayış gətirdikdə, arayışa əsasən şəhərə qayıtmaq üçün onlara bilet təqdim olunacaq”.

Nuridə Allahyarova qeyd edib ki, Bakı-Sumqayıt arasında gediş-gəlişdə məhdudiyyət yoxdur, 33 marşurut xətti üzrə 210 avtobus işləyir.

Xatırladaq ki, bu qərarlar avtobuslarla yanaşı, şəxsi avtomobillərə də şamil olunur. Sərnişinlər vəsiqələri yoxlanıldıqdan sonra paytaxta buraxılacaqlar.

  • Hafiz Mirzə
    Mart 22, 2020 - 14:49

    Məncə məntiqsiz qərardır. İnsanları bir-birindən bu qədər təcrid etməyin özü də psixoloji sarsıntılara, depresiyalara yol açacaq. Üstəlik, Bakıda yaşayan, işləyən, amma rayon qeydiyyatı olan çoxlu adam var. Yaşadıqları mənzil üçün kredit ödəyir deyə hələ çıxarış almayıblar və mənzilin qeydiyyatına düşməyiblər. Yüz minlərlə kirayə qalan adam da var. Onların halı necə olacaq? Təsadüfən DAM-ın(yəni QAİ-nin) şəhər nömrəsi olsa belə saxlayacağı maşının sürücüsünün rayon qeydiyyatı məlum olduqda məsələ böyüyəcək. Bizim şanlı “qaişniklərimiz” pul qopartmaq üçün hər şeyə gedərlər. Bu halda bu qərar o zavallı üçün hansı effekti verəcək? İnsanlar iş yerini itirəcəklər. Bunu mükəmməl düşünülmüş qərar hesab etmirəm. Sanki kommendant saatıdır.

  • Səlahət İmamquliyev
    Mart 22, 2020 - 16:11

    AVTOMOBİLİM RAYON QEYDİYATINDA ÖZÜM İSƏ BAKI QEYDİYATINDADIRSA ÖZ AVTOMOBİLİMLƏ BAKIYA GİRƏ BİLƏRƏMMİ?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*