Bu sinfin bütün şagirdləri ali məktəbə qəbul oldubackend

Bu sinfin bütün şagirdləri ali məktəbə qəbul oldu

Biləsuvarda məktəbin bir sinfində oxuyan şagirdlər 100 faizlik nəticə göstəriblər.

KONKRET.az AZƏRTAC-a istinadən xəbər verir ki, Biləsuvar şəhər Əlövsət Eynullayev adına 4 nömrəli tam orta məktəbin 11a sinfinin məzunları yüz faiz nəticə göstərərək, hər biri (19 nəfər) ali məktəbə qəbul olub.

Onlardan bir nəfəri Azərbaycan Dillər Universitetinə, bir nəfəri Bakı Slavyan Universitetinə, beş nəfəri Bakı Dövlət Universitetinə, bir nəfəri Xəzər Universitetinə, beş nəfəri Lənkəran Dövlət Universitetinə, üç nəfəri Dövlət İqtisad Universitetinə, bir nəfəri İdarəçilik Akademiyasına, bir nəfəri Azərbaycan Dövlət Pedaqoji Universitetinə və bir nəfəri Dövlət Sərhəd Xidmətinin Akademiyasına qəbul olub.

Qeyd edək ki, Biləsuvar şəhər Əlövsət Eynullayev adına 4 nömrəli tam orta məktəbi Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərir.

  • Teacher İrada
    Sentyabr 1, 2023 - 08:26

    Halal olsun belə övladlara, belə şagirdlərə.Allah yollarını,zehinlərini açıq,canlarını sağlam, bəxtlərini gözəl etsin inşallah.

  • Camal
    Sentyabr 1, 2023 - 10:38

    Təbriklər! Bu məktəbin direktorunu Təhsil Naziri təyin etmək olar.

    • Saadat
      Sentyabr 2, 2023 - 08:02

      Məktəb hazırlaşdırıb o uşaqları?

  • Əlizamin Arifoğlu
    Sentyabr 1, 2023 - 12:52

    Bir Biləsuvarlı olaraq fəxr etdim. Elşən müəllimin belə şagirdləri olmalıdı elə

    • Ilqar Hüseynli
      Sentyabr 1, 2023 - 19:52

      Eşq olsun!
      Biləsuvarda gözəl müəllimlər var.Fəxr edirəm ki,Biləsuvar Səmədabad orta məktəbindən məzun olmuşam!

Teacher İrada üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*