Trampdan ağılasığmaz ADDIM: Evakuasiyanı özüm gecikdirdim ki… – “Hilton”dakı atışmanın DETALLARIbackend

Trampdan ağılasığmaz ADDIM: Evakuasiyanı özüm gecikdirdim ki... - "Hilton"dakı atışmanın DETALLARI

ABŞ prezidenti Donald Tramp Vaşinqtondakı “Washington Hilton” otelində baş verən atışma zamanı öz evakuasiyasını qəsdən gecikdirdiyini açıqlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə o, CBS News telekanalına müsahibəsində danışıb.

Aparıcının sözlərinə görə, atəş səsləri eşidildikdən sonra prezidentin təhlükəsiz şəkildə zaldan çıxarılması adətən təxminən 30 saniyə çəkir. Lakin bu dəfə proses daha uzun sürüb.

Tramp isə gecikmənin səbəbini özü ilə əlaqələndirib. O, bildirib ki, baş verənləri anlamaq istədiyi üçün təhlükəsizlik əməkdaşlarının onu dərhal zaldan çıxarmasına mane olub:

“Burada qismən mənim də günahım var idi. Mən nə baş verdiyini görmək istəyirdim və açığı, onlara çox da kömək etmirdim. Demək olar ki, “bir dəqiqə gözləyin, baxım görüm nə baş verir” deyirdim. Sonra başa düşdük ki, bu, adi səs deyil, daha ciddi və təhlükəli bir vəziyyətdir”, – Tramp vurğulayıb.

Müsahibə zamanı qeyd olunub ki, hadisə zamanı ABŞ-ın vitse-prezidenti J. D. Vens təhlükəsizlik əməkdaşları tərəfindən dərhal zaldan çıxarılsa da, prezidentin evakuasiyası nisbətən gec həyata keçirilib.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*