2026-cı ildən etibarən bəzi ali təhsil müəssisələrinin paytaxtdan kənara köçürüləcəyi ilə bağlı iddialar yenidən müzakirə olunur. Bəs doğrudanmı belə bir prosesə start veriləcək?
Məsələ ilə bağlı KONKRET.az-a danışan təhsil eksperti Ramin Nurəliyev bildirib ki, universitetlərin şəhər mərkəzindən çıxarılması həm təhsil, həm də nəqliyyat infrastrukturuna ciddi şəkildə müsbət təsir göstərə bilər.
Ekspertin sözlərinə görə, beynəlxalq təcrübə, xüsusilə Türkiyə modeli göstərir ki, ali təhsil müəssisələrinin əksəriyyəti şəhərdən kənarda böyük kampus şəklində fəaliyyət göstərir. Bu isə həm nəqliyyatı yüngülləşdirir, həm də universitetlərə geniş akademik mühit qurmaq imkanı yaradır:
“Şəhərdən kənarda kampus formasında fəaliyyət həm tıxacın azalmasına səbəb olar, həm də universitetə laboratoriyalar, yataqxanalar və digər infrastruktur qurmağa şərait yaradar. Bakıda bir neçə universitetin şəhərdən çıxarılması mütləq vacibdir”, – deyə ekspert bildirib.
Ramin Nurəliyev xüsusilə Neft və Sənaye Universiteti, Texniki Universitet və Memarlıq və İnşaat Universiteti kimi laboratoriya tələb edən ixtisasların tədris olunduğu ali məktəblərin şəhər kənarında yerləşməsinin daha məqsədəuyğun olduğunu vurğulayıb.
Onun sözlərinə görə, tələbə yataqxanalarının çatışmazlığı da bu prosesin zəruriliyini artıran əsas amillərdən biridir:
“Xaricdən gələn tələbələrin ən böyük narahatlığı yataqxana problemidir. Kampus mühiti yaradılarsa, bu məsələnin də həllinə nail olmaq mümkündür.”
Ekspert həmçinin qeyd edib ki, təkcə universitetlər deyil, bəzi orta ümumtəhsil məktəblərinin də şəhərin ən yüklənmiş mərkəzi küçələrindən çıxarılması vacibdir:
“Məsələn, İçərişəhər kimi ərazilərdə məktəblərin yerləşməsi gələn-gedən şagird axınına görə tıxac yaradır. Bu da işə gedənlərin gecikməsinə səbəb olur.”
Ramin Nurəliyev hesab edir ki, Bakı artıq bu istiqamətdə addımlar atmağa məcburdur və yaxın illərdə universitetlərin şəhərdən kənara köçürülməsi prosesi mərhələli şəkildə həyata keçirilə bilər.
Aynurə İsmayıl
KONKRET.az


Təhsil müəssisələrinin çıxarılması az da olsa müsbət təsir edər. Əsas da tələbələr üçün. Siyahı tərtib olunmalıdır, hansı təhsil müəssisələri qalır. Qalanları özlərinə yer axtarsınlar. BDU, ATU, ADA və daha bir neçəsi qala bilər.
Super .hem də şəhərdə oksigen azlığının qarşısı alınar .niye bütün universitetlər Bakıda olmalıdır .rayonlarda olmalı ki ,xüsusilə sənaye ixtisasları , Bakının havası ,mühiti pis olub .basdiriqdir .insanlar elə şəhəri istəyir .rayonda adam azalib
Oksijenlə universitetin əlaqəsini anlamadım
Bu qerar coxdan verilmeli idi. Baki bezrazmer deyil. Vallah adam Bakida ruh kimi gəzir bu qədər sixliqmi olar. Ona gorede insanlar əsəbidir. Ustelik agciyer xestelikleri ve allergiya coxalib. Tecili tedbir görulmelidir.
Gah Türkiyə modeli ya Avropa modeli deyib hər şeyi məhv etdiniz..İstər təhsil,istər səhiyyə istər də də iqtisadiyyat bərbad gündədir.Yenisini yatatmadan köhnəsini məhv edirsiniz.Sovetləri bəyənməyən gərək ondan irəli getsin geri qalmasın!
Super. Bu qerar coxdan verilmeli idi. Şəhərin yükü azalar
Yaşma bağları universitetləri köçürmək üçün ideal yerdir. Ərazi hər cəhətdən əlverişlidir. Amma diqqətdən kənar qalıb.