Bu vəzifələr Dövlət Gömrük Komitəsinə həvalə edildi – FƏRMANbackend

Bu vəzifələr Dövlət Gömrük Komitəsinə həvalə edildi - FƏRMAN

Dövlət Gömrük Komitəsinin vəzifələri artırılıb.

KONKRET.az xəbər verir ki,  bununla əlaqədar Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”də dəyişiklik edilib.

“Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması (yığılması) və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında” qanuna uyğun olaraq kimyəvi maddələr üzrə idxal, ixrac və tranzit əməliyyatlarını həyata keçirən müəssisələrin mərkəzləşdirilmiş qeydiyyatını aparmaq, habelə həmin müəssisələr haqqında illik bəyannamələri hazırlamaq və aidiyyəti üzrə təqdim etmək Dövlət Gömrük Komitəsinin vəzifələri sırasına daxil edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*