Bu xəstələrin evtanaziyasına icazə verildi – Fikri soruşulmadanbackend

Bu xəstələrin evtanaziyasına icazə verildi – Fikri soruşulmadan

Niderlandda həkimlərə demensiyanın ağır formasından əziyyət çəkən xəstələri, hətta onlar ölmək istədiklərini bildirmədikləri halda belə evtanaziya etməyə icazə verilib.

KONKRET.az xəbər verir ki, “The Guardian” nəşrinin məlumatına əsasən, belə bir qərarı ölkənin Ali Məhkəməsi verib.

Bildirilir ki, demensiyanın ağır forması olan xəstənin evtanaziyası üçün həkim öncə sorğu göndərməlidir.

Həmçinin məhkəmə qərarında qeyd edilir ki, evtanaziya “xəstə dözülməz və uzunmüddətli əzab çəkdiyi” halda edilə bilər. Lakin bu prosedurun aparılması üçün ən azı iki həkimin razılığı lazımdır.

Evtanaziya haqqında qanunun baxılmasına və qəbul edilməsinə səbəb ötən il baş vermiş məhkəmə prosesi olmuşdu. Belə ki, 2016-cı ildə Alzheimer xəstəliyinin ağır formasından əziyyət çəkən qadını evtanaziya etdiyi üçün həkimə qarşı ittiham irəli sürülmüşdü.

Prokurorlar ittihamlarında bildiriblər ki, həkim 74 yaşlı xəstəsini düzgün şəkildə məlumatlandırmayıb, belə ki, qadın fikrini dəyişə də bilərdi.

Lakin həkimə bəraət verilmişdi, iş isə “qanun çərçivəsində” evtanaziyanın şərtlərinin dəqiq müəyyənləşdirilməsi üçün Ali Məhkəməyə ötürülmüşdü.

Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*