“Bundan sonra Qarabağdan Ermənistana ancaq fövqəladə hallarda gedəcəyik”.
KONKRET.az xəbər verir ki, bu barədə Qarabağdakı qondarma qurumun “dövlət naziri” Qurgen Nersisyan Facebook səhifəsində məlumat verib.
“Qarabağı Ermənistanla birləşdirən yol bağlandıqdan sonra Ermənistana getmək elə də asan deyil. Gərginliyin artması nəzərə alınaraq, son günlər Rusiya sülhməramlıları insanları daşımağa başlayıb.
Prosesi nəzarətdə saxlamaq və təxribatlardan qorunmaq üçün bundan sonra fövqəladə hallarda Qarabağdan Ermənistana getmək mümkün olacaq.
Eyni zamanda bildiririk ki, Rusiya sülhməramlıları tərəfindən Qarabağ ermənilərinin təxliyəsi və Ermənistana köçürülməsi ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil”, – deyə Nersisyan bildirib.
P.S.Erməni mediasının əldə etdiyi məlumatlara görə, Qarabağdakı ermənilər müxtəlif yollarla Ermənistana gedir və geri qayıtmırlar. Hazırda Xankəndi və ətrafında yaşayanlar ərazini sürətlə tərk edir.
Xuraman Etibarlı,
KONKRET.az