“Bütün İran SEPAH-ın nəzarətində, SEPAH isə Rusiyanın nəzarətindədir”.
KONKRET.az xəbər verir ki, bunu SEPAH-ın Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Əli Rzayi deyib. O bildirib ki, SEPAH bütün İrana, Rusiya isə SEPAH- a nəzarət edir.
“Bütün İran SEPAH-ın nəzarətində, SEPAH isə Rusiyanın nəzarətindədir”, – polkovnik deyib.
Rzayinin bu açıqlaması gözlənilməz olsa da, heç də təəccüblə qarşılanmayıb. İran hökumətinin Rusiya və Ermənistanla yaxınlığı onsuz da artıq molla rejiminin çoxdan Rusiyanın “əlaltısı” olduğundan xəbər verir.
Xuraman Etibarlı,
KONKRET.az
