Can verməkdə olan separatçı qurum Xankəndidə mitinq keçirəcəkbackend

Can verməkdə olan separatçı qurum Xankəndidə mitinq keçirəcək

Qarabağda separatçılar üçtərəfli görüş ərəfəsində “güclü aksiya”ya hazırlaşır.

KONKRET.az xəbər verir ki, bu barədə Qarabağdakı separatçı qurum “Hraparak”a məlumat verib. Bildirilib ki, qondarma “parlament”in növbədənkənar iclası və mitinq keçiriləcək.

“Bütün “siyasi qüvvələr”in təşəbbüsü ilə oktyabrın 30-da saat 15:00-da “parlament”in növbədənkənar sessiyası və “respublika”nın təhlükəsiz gələcəyinə həsr olunmuş mitinq keçiriləcək.

İclas Xankəndinin mərkəzi meydanında mitinqdə canlı yayımlanacaq.

İclasdan dərhal sonra meydanda keçirilən mitinqdə çıxışlar davam etdiriləcək. “Doğma torpağımız”da öz taleyimizə sahib çıxmaq əzmimizi birlikdə ifadə etmək üçün hər kəsi mitinqdə iştirak etməyə çağırırıq.

Görüş yeri – mərkəzi meydan, 30 oktyabr saat 15:00. Gəlin və 1988-ci il hərəkatının ruhunda iradəmizi birlikdə ifadə edin”, – deyə separatçı qurumdan bildiriblər.

Görünür, Ermənistan hakimiyyətinin ayaqları altında qalaraq çabalayan, can verməkdə olan separatçı qurumun ümidi faydasız vay-şüvənə, qara-qışqırığa qalıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*