Türkiyə Prezidentinin müavini Fuad Oqtay və Xarici İşlər naziri Mövlud Çavuşoğlu Livana səfər ediblər.
KONKRET.az xəbər verir ki, Livan Prezidenti Mişel Avn Fuad Oqtayı, Mövlud Çavuşoğlunu, Türkiyə-Livan parlamentlərarası dostluq qrupunun rəhbəri Nazim Mavişi və Türkiyənin Livandakı səfiri Hakan Çakılı qəbul edib.
M.Avnla Türkiyə nümayəndə heyəti arasında görüş 30 dəqiqə davam edib.
Görüşdən sonra açıqlama verən Fuad Oqtay Livana hər cür dəstək verə biləcəklərini deyib:
“Qida və tibbi yardım göndərməyə hazır olduğumuzu Livan rəhbərliyinə çatdırdıq. Bundan başqa, buğda və un yardımları da davam edəcək. Şüşə və tikinti materiallarına ciddi ehtiyacın olduğu bildirildi. Ehtiyac daxilində lazım olan dəstəyi verəcəyimizi vurğuladıq”.
axar.az