Cəlil Xəlilov: “Silahlı Qüvvələrin Veteranları olaraq Prezidentə təşəkkürümüzü bildiririk”backend

Cəlil Xəlilov: "Silahlı Qüvvələrin Veteranları olaraq Prezidentə təşəkkürümüzü bildiririk"

Bu günə kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müharibə iştirakçıları, müharibə əlilləri və şəhid ailələri ilə bağlı bir çox fərman və sərəncam imzalayıb.

KONKRET.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib.

O xatırladıb ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi Qaydası” təsdiq edilib.

“Azərbaycan Respublikasının Prezidenti müharibə iştirakçıları, müharibə əlilləri, şəhid ailələri ilə bağlı bir çox fərman və sərəncam imzalayıb. Buna görə də Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları olaraq Azərbaycan Respublikasının Prezidentinə təşəkkürümüzü bildiririk. Biz bu qərarı yüksək qiymətləndiririk”, – o vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*