Cəlilabadda yanan bazar söndürüldü – VİDEO / YENİLƏNİBbackend

Cəlilabadda yanan bazar söndürüldü - VİDEO / YENİLƏNİB

Cəlilabad rayonunun Göytəpə şəhərində bazarda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

KONKRET.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Əlavə məlumat veriləcək

17:34

Cəlilabad rayonu Göytəpə şəhər bazarındakı yanğın məhdudlaşdırılıb.

KONKRET.az xəbər verir ki,  hazırda ərazidə soyutma işləri aparılır.

İlkin verilən məlumata görə, hadisə nəticəsində 20-yə yaxın mağaza zərər görüb.

Faktla bağlı araşdırma aparılır. Bizim.media

16:47

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Cəlilabad rayonunun Göytəpə şəhərində bazarda yanğın olması barədə məlumat daxil olub.

KONKRET.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*