Cənubi Koreya ABŞ-la birgə aviasiya təlimlərinə BAŞLADIbackend

Cənubi Koreya ABŞ-la birgə aviasiya təlimlərinə BAŞLADI

Cənubi Koreya və ABŞ təxminən 240 təyyarənin iştirak etdiyi beş günlük “Vigilant Storm” təliminə başlayıb. Hərbi Hava Qüvvələrinin bu böyüklükdə manevrləri təxminən beş ildir həyata keçirilmir.

KONKRET.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Təlimlər Koreya yarımadasının səmasında keçiriləcək.

Bildirilir ki, Seul “F-35A”, “F-15K” və “KF-16” qırıcıları da daxil olmaqla təlimə təxminən 140 təyyarəni cəlb edəcək. ABŞ tərəfi isə Yaponiyadakı bazadan “F-35B” qırıcıları, “EA-18”, “U-2” və “KC-135” təyyarəsi də daxil olmaqla 100-ə yaxın texnika ilə iştirak edəcək.

Manevrlərə Avstraliya Hərbi Hava Qüvvələrinin hərbçiləri də qatılacaq.

Qeyd edək ki, aviasiya təlimi Seul və Vaşinqtonun KXDR-in nüvə sınağı keçirə biləcəyi ilə bağlı bəyanatları fonunda keçirilir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*