Azərbaycanda tətbiq olunan cərimələrin məbləği ilə bağlı narazılıqlar artır. Sürücülər və piyadalar cərimələrin yüksək olmasından şikayətlənir, bəzi hallarda isə vətəndaşların borc və kredit hesabına ödəniş etdiyi bildirilir.
KONKRET.az xəbər verir ki, bəzi sürücülər tez-tez cərimələndiklərini, hətta cərimələri ödəmək üçün kredit götürdüklərini deyirlər.
Onların sözlərinə görə, son dövrlərdə cərimə məbləğlərində artım daha da hiss olunur və bu, ciddi narazılıq yaradır. Narazılıq yalnız sürücülərlə məhdudlaşmır. Piyadalar da tətbiq edilən cərimələrin yüksək olduğunu qeyd edir. Onların fikrincə, mövcud məbləğlər vətəndaşların gəlirləri ilə müqayisədə uyğun deyil.
Mövzu ilə bağlı səsləndirilən təkliflərdən biri cərimələrin minimum əməkhaqqına uyğunlaşdırılmasıdır. Bu yanaşmanın əsas məqsədi cərimə məbləğlərinin vətəndaşların maliyyə imkanlarına uyğun şəkildə müəyyənləşdirilməsidir.
Daha ətraflı İTV-nin hazırladığı süjetdə:

Bizdə cəimələrdə ailə biznesinə dönüb. Yol polisinin cırimə tətbiq etməsi üçün yaratdığı tələlər barədə məlumatlar nazir v.eyvazov tərəfindən yenidən yol polisinə ötürülür. 3 aydan sonra məntiqsiz bir cavabla məsələ bitir. Mədəni soyğunçuluq davam edir.