CHP-dən daha bir İSTEFAbackend

CHP-dən daha bir İSTEFA

Türkiyənin Aydın əyalətinin Efeler rayon bələdiyyə sədri Mehmet Fatih Atay CHP-dən istefa verdiyini və vəzifəsini müstəqil şəkildə davam etdirəcəyini açıqlayıb.

KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, mətbuata açıqlama verən bələdiyyə sədri partiya daxilində baş verən qanunsuzluqları tənqid edib.

Onun sözlərinə görə, CHP sədri Kamal Kılıçdaroğlu avqustun 30-da şəhərə gəldiyi zaman Özlem Çerçioğlunu yenidən Aydın Böyükşəhər Bələdiyyəsinə nanamizəd elan edib:

“Bizim partiya nizamnaməsinə görə, namizədləri müəyyən etmək səlahiyyəti sədrə deyil, partiya məclisinə məxsusdur. Hörmətli Kılıçdaroğlu, sizin belə bir səlahiyyətiniz yoxdur. Heç kimin namizəd olmadığı halda nə tələskənlikdir ki, icazəsiz açıqlama verməyə ehtiyac duydunuz”.

Fatih Atay bildirib ki, Aydın vilayətində Cümhuriyyət Xalq Partiyası yoxdur, Özlem Çerçioğlu partiyası var:

“Mən partiyadan istefa vermişəm. Müstəqil bələdiyyə sədri kimi vəzifəmi davam etdirəcəyəm. Həyatımı verdiyim bu partiyadan istefa vermənin nə qədər çətin olduğunu bilirəm”.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*