Çin ABŞ-a sərt tələblər irəli sürdübackend

Çin ABŞ-a sərt tələblər irəli sürdü

Çin ABŞ-dan tələb edir ki, Tayvanda silah tədarükünü və sponsorluğunu dayandırsın.

KONKRET.az xəbər verir ki, bunu Şimali Amerika və Okeaniya Departamentinin rəhbəri Yanq Tao ABŞ dövlət katibi Antoni Blinkenin Çinə səfəri öncəsi keçirdiyi brifinqdə deyib.

“Çin ABŞ-ın Tayvan məsələsində son zamanlar etdiyi yanlış sözlərə və hərəkətlərə qəti şəkildə qarşı çıxır, Birləşmiş Ştatları “bir Çin”i dəstəkləməyə, “Tayvanın müstəqilliyinə” qarşı çıxmağa və Tayvanın silahlandırılmasını dayandırmağa çağırır”, – diplomat bildirib.

Mətndə qeyd olunur ki, “Tayvan məsələsi” Çin-Amerika münasibətlərində keçilməz qırmızı xəttdir. Diplomat bir daha ÇXR-in mövqeyini səsləndirərək Pekinin Tayvanı Çinin bir hissəsi hesab etdiyini və “Tayvan məsələsinin” ölkənin daxili işi olduğunu xatırladıb. Bu baxımdan, Vaşinqton Çinin daxili siyasətinə müdaxiləni dayandırmalı və “dinc yolla birləşməyə dəstək verməlidir”, – deyə Yang Tao fikrini yekunlaşdırıb.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*