Çin Rusiyaya dəstəyini gücləndirirbackend

Çin Rusiyaya dəstəyini gücləndirir

Çin Ukraynaya qarşı müharibə fonunda Rusiyaya dəstəyini artırır, xüsusən də Rusiyanın hərbi məqsədləri üçün geoməkan kəşfiyyatı məlumatlarını təqdim edir.

KONKRET.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Nəşr yazır ki, bundan başqa, Çin Rusiyaya hərbi sənaye üçün lazım olan mikroelektronika, tank istehsalı üçün maşınlar və raketlər üçün yanacaq verir. Nəşrin ABŞ hökumətindəki həmsöhbətlərindən biri əlavə edib ki, Çin və Rusiya kosmik sənaye sahəsində əməkdaşlığı genişləndirir.

Qeyd edək ki, 2023-cü ildə Çin və Rusiya arasında ticarət dövriyyəsi rekord həddə – 240 milyard dollara çatıb. Qərb şirkətləri Rusiyanı tərk etdikdən və sanksiyalar tətbiq edildikdən sonra Çin bu ölkəyə avtomobilin əsas tədarükçüsü olub. Rusiya da öz növbəsində Çinə enerji ehtiyatlarının ixracını artırıb.

Aprelin 6-da ABŞ-ın maliyyə naziri Janet Yellen Çin Baş nazirinin müavini He Lifeng ilə görüşdə bildirib ki, ölkə şirkətlərinin Ukraynaya qarşı müharibədə Rusiyaya maddi dəstək verdiyi hal müəyyən ediləcəyi təqdirdə Çin biznesi üçün ciddi problemlər yaranacaq.

Xatırladaq ki, 2023-cü ilin iyununda ABŞ dövlət katibi Antoni Blinkenin iki günlük səfərində Çin səlahiyyətliləri onu Ukraynaya qarşı müharibədə Rusiyaya yardım göstərmədiklərinə inandırıblar. Blinkenin özü bunu Çinə səfərindən sonra bildirib.

Günel Mikayılova,

KONKRET.az

  • Hallar
    Aprel 7, 2024 - 13:55

    Alimin yaninda alim, ogrunun yaninda ogru, quldurun da yaninda quldur olur…unutmayin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*