“Rusiya və Ukrayna arasında müharibə ilk növbədə Avropanın təhlükəsizliyinin maraqlarına toxunur və ABŞ və Avropanın fəal iştirakı münaqişənin həllində həlledici rol oynayır”.
KONKRET.az xəbər verir ki, bunu “Berliner Zeitung” qəzetinə müsahibəsində Çinin Almaniyadakı səfiri Vu Ken deyib.
“Əgər onlar fəal iştirak etməsələr, Çin necə davransa da, böhran tezliklə bitməyəcək. Rusiya ilə Çin arasındakı münasibətlər mehriban qonşuluq münasibətləridir”, – deyə diplomat bildirib.
Çin Ukrayna və Rusiyanı danışıqlar masası arxasına qayıtmağa çağırır, deyən səfir Pekinin həm Moskva, həm də Kiyevlə yaxşı ünsiyyət kanallarına malik olduğunu qeyd edib:
“Dünyada hər iki tərəflə eyni vaxtda çox az adam ünsiyyət qurur”, – deyə Vu Ken qeyd edib.
Oİ həmçinin bildirib ki, Amerika tərəfi Avropanın təhlükəsizliyinin təmin edilməsində xüsusi rol oynasa da, Ukraynadakı vəziyyətin tez siyasi həllində əslində maraqlı deyil.
Burhan,
KONKRET.az
