Çində son bir neçə həftə ərzində kütləvi antikorrupsiya kampaniyası çərçivəsində 176 tibb müəssisəsinin rəhbəri saxlanılıb.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, iyulun ortalarından etibarən Çin hökuməti ölkənin 20-dən çox bölgəsində, xüsusən də Şandun, Çzyansu əyalətlərində, Sincan-Uyğur Muxtar Bölgəsində və Tyançzin şəhərində xəstəxana rəhbərlərini həbs edib.
Qeyd olunub ki, Çinin Şensi əyalətinin hakimiyyət orqanları bu il səhiyyə sahəsində korrupsiya ilə bağlı 2521 məlumat alıb, 937 nəfərə qarşı araşdırma aparılıb.
Səhiyyə eksperti Çjun Çunminin fikrincə, tibb sektorunda korrupsiya Çin səhiyyə sisteminin etibarını sarsıdan ciddi problemdir.
Onun sözlərinə görə, bu cür cinayətlər tibbi resursların düzgün bölüşdürülməməsinə gətirib çıxarır, çünki xəstələrin müalicəsi üçün ayrılan vəsaitlər təyinatı üzrə istifadə olunmur.
İqbal Rzayev,
KONKRET.az
