“Çinə ərazi iddiamız yoxdur” – Zaxarovabackend

"Çinə ərazi iddiamız yoxdur" – Zaxarova

“Rusiya və Çinin bir-birinə heç bir ərazi iddiası yoxdur”.

KONKRET.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Böyük Ussuriyski adası ilə bağlı yayılan məlumatları şərh edərkən deyib.

“Rusiya və Çin tərəfləri vahid mövqedən çıxış edirlər və ölkələrimiz arasında sərhəd məsələsi nəhayət həll olunub. Rusiya və Çin qarşılıqlı ərazi iddialarının olmadığını dəfələrlə təsdiqləyiblər. Müvafiq müddəaya görə, tərəflər arasında ikitərəfli münasibətlər üçün əsas olan 16 iyul 2001-ci il tarixli mehriban qonşuluq, dostluq və əməkdaşlıq haqqında müqavilədə də var”, – Zaxarova bildirib.

Qeyd edək ki, bundan öncə sözügedən adanın Çin ərazisi kimi göstərilməsini əks etdirən xəritələrin buraxılması barədə məlumat yayılmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*