Çinlilər və yaponlar niyə üzməyi bilmirlər? – MARAQLIbackend

Çinlilər və yaponlar niyə üzməyi bilmirlər? - MARAQLI

Hər birimiz Çin, Koreya və Yapon çimərliklərindən fotolar görmüşük. Həmin fotolarda adətən sahildə böyük bir izdiham əks olunur. Dayaz sularda daha çox asiyalılara rast gəlmək olur. Kifayət qədər dərin olan okean sahillərində isə, ümumiyyətlə, monqoloid irqindən heç kimsəyə rast gəlinmir.

Dərin sularda üzmək istəyənlər və buna cəsarət edənlər özləri ilə xilasedici dəbilqə və üzgüçülük vasitələri götürməyə məcbur olurlar. Baxmayaraq ki, suyun səviyyəsi, ən yaxşı halda, bel nahiyəsinə qədər olur.

Adətən belə fotolar müxtəlif şərhlərlə müşayiət olunur. Avropalılar sadəcə başa düşə bilmirlər: necə olur ki, bu xalqlar əsasən dəniz və okean sahillərində yaşayır və eyni zamanda, demək olar ki, heç biri üzə bilmir?

Qıyıqgözlər niyə üzə bilmir?

Bu, müxtəlif səbəblərdən izah olunur. Ümumiyyətlə, üzgüçülüyün geniş yayılması bəşəriyyətin nisbətən yeni ənənəsidir.

Tarixçilər hesab edir ki, 20-ci əsrin əvvəllərinə qədər insanların əsas məşğuliyyəti əkinçilik, sonradan isə sənayenin inkişafı başqa bacarıq və vərdişlərin inkişafına səbəb olub. Bu baxımdan, üzgüçülük o zaman yalnız peşəkar bacarıq sayılırdı və daha çox balıqçılar, dənizçilər və su elementi ilə əlaqəli digər insanlar arasında geniş yayılmışdı.

O dövrdə praktiki olaraq heç bir turizm yox idi – hətta yuxarı təbəqənin bütün nümayəndələri uzun səfərlərin maliyyə tərəfini ödəyə bilmirdilər. Buna görə də çimərlik tətilləri və sistemli üzgüçülük iqtisadiyyatın yaxşılaşdığı 1920-1930-cu illərdə meydana çıxmağa başladı. Təxminən eyni zamanda, əksər inkişaf etmiş ölkələrdə işçilərin əmək haqqı artırıldı və iş gününün uzunluğu məhdudlaşdırıldı. Hətta çox zəngin olmayan insanlar belə dəniz sahilində olmasa da, kənd yerlərində çaylarda dincəlmək və üzməyi öyrənmək imkanı əldə etdilər.

Rusiya, Amerika, Qərbi Avropa və hətta Latın Amerikası ölkələrində üzgüçülük daha geniş yayılmağa başladı. Bu baxımdan biz təxminən eyni yolu getmişik. Ancaq Cənub-Şərqi Asiya fərqli bir hekayədir.

Qeyd edək ki, Yaponiya, Koreya və Çin əhalisinin qida rasionunda əsas element düyüdür. Bu kənd təsərrüfatı sahəsi isə daha intensiv əmək tələb edir. Buradakı kəndlilər zəncilər kimi plantasiyalarda işləməyə öyrəşiblər – əks halda məhsul itirilə bilər. Bu, elə bir iş etikasına gətirib çıxardı ki, hətta sənaye və ofis işçilərinin də iş saatları çox uzun olur.

Burada müdirdən əvvəl evə getmək adət deyil, həftə sonları işləmək isə normal sayılır. İstirahət axşamları isə asiyalılar tez-tez ziyafətlər təşkil etməyi sevirlər. Bu isə o deməkdir ki, əksər asiyalıların su kənarında dincəlməyə vaxtı yoxdur. Son zamanlar dövlət bunu məhdudlaşdırmağa başlayıb, lakin Yaponiyanın iqtisadi rifahının cəmi əlli yaşı var, koreyalıların iyirmi beş, Çinin isə ondan da az

Əlbəttə, göstərdiyimiz bu detallar Asiya ölkələri sakinlərinin üzməyi öyrənməsinə mane olan əsas məqamlar sayılmır. Burada təbii ki, regional iqlimi də nəzərdən keçirməliyik. Yaponiya və Çində əlbəttə ki, Sibirdəki kimi soyuq deyil, lakin ilin bu vaxtında üzmək hələ də mümkün deyil. Və onların sıx iş qrafiki ilə bu, üzgüçülük sənətinə yiyələnmək şansını azaldır.

Bundan əlavə, Yaponiya və Koreya dağlıq ölkələrdir. Onlar olduqca böyükdür, baxmayaraq ki, proyeksiyaya görə bu xəritələrdə görünmür. Və orada bütün insanlar sahilə yaxın yaşamırlar. Çayları isə dağlıq və fırtınalıdır. Əsas əhalisinin yaşadığı Çin isə böyük düzənlikdir. Amma oradakı çaylar olduqca narahatdır və daşqınlara çox meyllidir. Bundan əlavə, onların sahilləri kənd təsərrüfatı tərəfindən o qədər inkişaf etdirilib ki, onlara yaxınlaşmaq asan deyil.

Və sonda onu da vurğulayaq ki, Sakit okean regionu planetin seysmik cəhətdən ən təhlükəli yeridir. Və bu, böyük problemlərə səbəb olan müntəzəm tektonik dəyişmələrlə müşahidə olunur. Burada dəniz sahilinə yaxın yaşamaq olduqca təhlükəlidir. Çimərlik tətili, ekstremal turizm bu yerlərdə populyar deyil.

İstənilən kiçik dalğalar yerli sakinləri çox qorxudur – çoxu bunun tayfunun başlanğıcı olduğunu düşündüyünə görə, hər şeyə şübhə ilə yanaşırlar.

Məhz bu səbəblərə görə yapon, çin və koreyalıların əksəriyyəti üzə bilmir.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*