“The Beatles” qrupunun üzvü, ötən əsrin ən məşhur musiqiçilərdən biri Con Lennonun gitarası Böyük Britaniyada kənd evinin çardağında tapılıb.
KONKRET.az Britaniyanın “Mirror” nəşrinə istinadən yazır ki, “Help!” və “Rubber Soul” albomlarının yazılmasında istifadə olunmuş və 50 ildən artıq unudulmuş alət indiki sahiblərinə böyük sərvət gətirə bilər.
Gitara əvvəlcə 150 min dollara hərraca çıxarılıb, lakin demək olar ki, dərhal təklif bir milyon dollara qədər böyüyüb. Təşkilatçıların bu prosesi hələ dayandırmaq planları yoxdur.
Gitaranın qoyulduğu hərracaın icraçı direktoru Darren Julyen bu barədə belə danışıb: “Bizə bir centlmen zəng vurdu. O dedi: “Valideynlərim yenicə köçdülər və biz bu gitaranın bizdə olduğunu və harada olduğunu bilmirdik. Amma evdən çıxanda onu çardaqdan çıxardıq. Atamın dediyinə görə, Con Lennonun qitarası olub, onu “Peter və Qordon”dan olan Qordon 60-cı illərin sonunda atama hədiyyə edib”.
Albom yazılmasından başqa, bu gitaradan dəfələrlə müxtəlif səhnə çıxışlarında istifadə edilib. Lennonun məhz bu alətdən istifadə etdiyinə dair çoxlu sübutlar var.
Xatirə SADİQ,
KONKRET.az
