ABŞ-nin Minneapolis şəhərində qaradərili Corc Floydu boğaraq öldürən keçmiş polis Derek Şovin həbsxanada bıçaqlı hücuma məruz qalıb.
KONKRET.az xəbər verir ki, Şovin başqa bir məhbus tərəfindən bıçaqlanaraq ağır xəsarətlər aldığı bildirilib.
Hazırda xəstəxanada müalicə alan Şovinin həyati təhlükəsinin olduğu qeyd edilib.
Xatırladaq ki, Şovin daha əvvəl 2020-ci ilin mayında Floydun qətlinə görə 22,5 il həbs cəzasına məhkum edilmişdi.
