Corc Floydun qatili olan keçmiş polis həbsxanada öldürüldü – FOTObackend

Corc Floydun qatili olan keçmiş polis həbsxanada öldürüldü - FOTO

Afro-amerikalı Corc Floydun ölümünə görə 22,5 il həbs cəzasına məhkum edilmiş keçmiş polis zabiti Derek Şovin Arizona ştatındakı Toskana xəstəxanasında dünyasını dəyişib.

KONKRET.az xəbər verir ki, o, dünən məhbuslardan birinin bıçaqlı hücumuna məruz qalıb və çoxsaylı xəsarətlərlə reanimasiyaya yerləşdirilib.

Şovinin vəkili israr edirdi ki, müştərisi ümumi kameraya salınmamalıdır, çünki o, “hədəf” ola bilər. Deyəsən, gözləntilər özünü doğruldub.

Xatırladaq ki, Floyd 25 may 2020-ci ildə Şovin tərəfindən saxlanılarkən ölüb. Onun ölümü ABŞ və digər ölkələrdə irqçiliyə qarşı kütləvi etirazlara səbəb oldu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*