Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) mediada yayımlanan məlumat əsasında Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsində yerləşən Qarabağ ASC-yə məxsus çörək emalı müəssisəsində yoxlama aparıb.
Agentlikdən KONKRET.az-a verilən məlumata görə, keçirilən yoxlama zamanı müəssisədə bir sıra nöqsanlar aşkarlanıb.
Belə ki, emal prosesinin normativ tələblərə uyğun həyata keçirilmədiyi, sanitar-gigiyenik qaydaların pozulduğu müəyyən olunub.
Faktla bağlı müəssisənin rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, araşdırmalar davam etdirilir.
Qeyd edək ki, adıçəkilən müəssisəsinin istehsal etdiyi çörəyin içərisindən siqaret kötüyü çıxdığı iddia edilən görüntülər yayılmışdı.