Amerikanın biotexnika şirkəti olan “Moderna” COVID-19-a qarşı peyvəndin satılacağı qiyməti açıqlayıb.
KONKRET.az “Financial Times”-a istinadən xəbər verir ki, peyvəndin bir kursunun qiymətini 50-60 ABŞ dolları arası təyin ediləcək.
Şirkət bu qiyməti ABŞ və digər yüksək gəlirli ölkələr üçün müəyyən edib.
Lakin qiymət dəyişə də bilər. Çünki, daha əvvəl “Pfizer” və “BioNTech” şirkətləri peyvəndin qiymətinin 19,5 ABŞ dolları təyin edib və ABŞ-la 600 milyon ədəd peyvəndin satışı barədə razılıq əldə edib.
