Məhkəmə “Crocus”dakı terror aktında iştirak edən səkkizinci fiqurantın adını açıqlayıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya İstintaq Komitəsi “Crocus”da terror aktı ilə bağlı iş üzrə səkkizinci müttəhim Əlişir Xatamoviç Kasımovun həbs olunmasını xahiş edib.
Kasimov öz mənzilini “Crocus City Hall”a basqın edənlərə kirayə veribmiş.
Qeyd edək ki, bazar ertəsi gecə Basmannı məhkəməsi terrorçuluqda şübhəli bilinən dörd nəfər barəsində həbs-qətiimkan tədbiri seçib. Ertəsi gün iş üzrə daha 3 fiqurant nəzarətə götürülüb.
Martın 23-də Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov prezidentə ümumilikdə 11 nəfərin saxlanıldığını bildirmişdi.
Xatirə SADİQ,
KONKRET.az
