Moskvanın Basmannı məhkəməsi ]“Crocus” terror aktı işi üzrə daha üç nəfəri həbs edib.
KONKRET.az xəbər verir ki, onlar Cinayət Məcəlləsinin 205-ci (Mütəşəkkil dəstə tərəfindən insanların ölümü ilə nəticələnən terror aktı) maddəsi ilə təqsirli bilinib.
Müstəntiqlərin fikrincə, Aminçon və Dilovar İslamovlar qardaşları bir gün əvvəl həbs edilən Şəmsidin Fəriduni mütəşəkkil dəstəyə cəlb edib. Dilovar İslamov “Crocus City Hall”a hücumda təqsirləndirilən şəxslərin istifadə etdiyi ağ rəngli “Renault”nun sonuncu sahibi olub. Özünün dediyinə görə, avtomobili təxminən bir həftə əvvəl həyat yoldaşının qardaşına satıb:
“Bu mənim maşınım idi. Onun şəklini hadisə yerində görəndə şoka düşdüm. Nə edəcəyimi bilmirəm. Qaynıma zəng etdim, telefonu açmır. Bu avtomobilin dostuna lazım olduğunu demişdi”.
İş üzrə təqsirləndirilən 3 nəfərdən İsrail İslamov (Aminçon və Dilovar İslamovun atası) günahını boynuna almayıb.


Burhan,
KONKRET.az
