Terrorda təqsirləndirilən Fəriduninin evi möhürlənib – Qohumlarını forma geyinmiş şəxslər aparıbbackend

Terrorda təqsirləndirilən Fəriduninin evi möhürlənib - Qohumlarını forma geyinmiş şəxslər aparıb

Tacikistanda Moskva vilayətində “Crocus City Hall” konsert zalında terror aktı törətməkdə təqsirləndirilən 25 yaşlı Şəmsidin Fəriduninin ailəsinin evi möhürlənib.

KONKRET.az xəbər verir ki, RİA Novosti-nin verdiyi məlumata görə, onun mənzili respublikanın paytaxtı Düşənbədən 50 kilometr aralıda, Hisar şəhəri yaxınlığındakı Loyobi kəndində yerləşir. Evin ətrafında polis dəstəsi növbə çəkir.

Jurnalistlər müttəhimin qonşusu ilə danışa biliblər. Onun sözlərinə görə, Şəmsidin Fəriduninin yaxın qohumları dünən uniformalı şəxslər tərəfindən Düşənbəyə aparılıb.

Qonşusu bildirib ki, qanlı olayda təqsirləndirilən Fəriduni altı ay əvvəl Rusiyaya köçüb. O, Moskvaya getməzdən əvvəl Hisarda kiçik çörək sexində çörəkçi işləyirmiş.

“Arvadı dedi ki, işləmək üçün Rusiyaya gedib və oradan daim pul göndərirdi”, – deyə qonşu bildirib.

Rusiyada Fəriduni rəsmən fabrikdə fəhlə işləyib. O, Podolskda parket istehsalı müəssisəsində çalışıb.

Qeyd edək ki, Tacikistan prezidenti Emoməli Rəhmon konsert zalında baş vermiş terror aktı ilə bağlı aparılan istintaqın bir hissəsini şəxsi nəzarətinə götürüb.

Həmçinin, respublika prezidenti terror aktından sonra ölkənin nüfuzundan narahat olub. O, gəncləri maariflənməyə və onları dağıdıcı və dəhşətli qrupların təsirindən qorunmaq üçün daha çox vaxt sərf etməyə çağırıb.

“Moskva yaxınlığında baş verən biabırçı və dəhşətli hadisə bizim hər birimizi, xüsusən də valideynləri uşaqların tərbiyəsinə daha ciddi nəzarət etməyə sövq edir”, – deyə Rəhmon bildirib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*