Terrora görə 11 nəfər saxlanılıb – FTX hesabat verdibackend

Terrora görə 11 nəfər saxlanılıb - FTX hesabat verdi

Rusiya prezidenti Vladimir Putinə “Crocus City Hall”dakı terror aktı ilə bağlı 11 nəfərin saxlanılması barədə məlumat verilib.

KONKRET.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov həm də prezidentə terror aktını törədənlərin əlbir bazasının müəyyənləşdirilməsi istiqamətində gördüyü işlər barədə məlumat verib.

Qeyd edək ki, hücum edənlərin ağ rəngli “Renault Symbol” markalı avtomobildə qaçdıqları iddia edilir. Rusiya Qvardiyası direktorunun keçmiş müşaviri Aleksandr Xintşeyn Bryansk vilayətində “Renault” markalı avtomobilin tapılması barədə xəbər yayıb. Polisin tələbi ilə avtomobil dayanmayıb və təqib başlanıb. İki şübhəli şəxs saxlanılıb, qalanları meşəyə qaçıblar. Xinşteyn bildirib ki, avtomobildən Tacikistan vətəndaşlarının pasportları, PM tapançası və AKM avtomatı üçün maqazin tapılıb.

Tacikistan tərəfi isə bəyan edib ki, hücumda ölkə vətəndaşlarının iştirakı ilə bağlı Moskvadan rəsmi məlumat almayıb.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*