Daha bir gimnastımız Yay Olimpiya Oyunlarına lisenziya qazandıbackend

Daha bir gimnastımız Yay Olimpiya Oyunlarına lisenziya qazandı

Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Selcan Mahsudova Paris 2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

KONKRET.az xəbər verir ki, bu, Azərbaycanın gimnastika tarixində batut gimnastikası üzrə əldə etdiyi ilk lisenziyadır.

Beləliklə, gimnastika yığmamızın Paris 2024-ə qazandığı vəsiqələrin sayı ikiyə yüksəlib.

Xatırladaq ki, daha əvvəl bədii gimnast Zöhrə Ağamirova da olimpiya lisenziyasına sahib çıxıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*