İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Suriyada gecə saatlarında endirdiyi aviazərbələr nəticəsində həlak olan üzvlərinin sayı 15-ə çatıb.
KONKRET.azxəbər verir ki, onlardan biri İran İslam İnqilabı Keşikçiləri Korpusunun müşaviri Behruz Vahedidir.
Qeyd edək ki, ötən gecə Suriyanın şərqindəki Əl-Məyadin, Əl-Bukamal və Deyr əz-Zor şəhərlərində iranyönlü qrupların hədəfləri hava hücumlarına məruz qalıb. Suriya mətbuatının məlumatına görə, zərbələr ABŞ və ya İsrail hərbi hava qüvvələri tərəfindən endirilib. Obyektlərdən birində SEPAH üzvlərinin iştirakı ilə toplantı keçirilib.
Rəsmiyyə Şərifova,
KONKRET.az
