“Damcılı mağara düşərgəsi”ndə arxeoloji qazıntı işlərinə başlanıldıbackend

“Damcılı mağara düşərgəsi”ndə arxeoloji qazıntı işlərinə başlanıldı

“Damcılı mağara düşərgəsi”ndə elmi-tədqiqat işləri aparmaq məqsədilə qazıntı işlərinə başlanılıb.

AMEA-dan KONKRET.az-a verilən xəbərə görə, 2020-2021-ci illərdə pandemiya səbəbindən qazıntı işlərinə fasilə verilsə də, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi ilə bu il qazıntı işlərinə yenidən başlanılıb.

Hazırda ərazidə Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun arxeoloqları yaponiyalı arxeoloqlarla birgə elmi-tədqiqat işləri aparır.

Beynəlxalq ekspedisiyanın məqsədi Qafqazda neolitdən əvvəlki dövrlərə aid maddi sübutlar əldə etmək və ərazinin qədim insan məskəni olduğunu bir daha təsdiqləməkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*