Danimarka hökuməti qaçqınların bu ölkədə məskunlaşmasına icazə veribbackend

Danimarka hökuməti qaçqınların bu ölkədə məskunlaşmasına icazə verib

Danimarka hökuməti qaçqınların ölkəsində məskunlaşmaları üçün BMT-nin Qaçqınlar Üzrə Ali Komisarlığına müraciət edib.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Danimarkanın İmmiqrasiya və İnteqrasiya naziri Mattias Tesfaye ölkəsinin bu ildən qaçqınları qəbul etmək imkanlarının olduğunu və onların yerləşdirilməsinin BMT-nin müəyyənləşdirdiyi kovata əsasında reallaşacağını bildirib. Nazir əlavə edib ki, Danimarkanın hər il 500 qaçqını qəbul etmək imkanı var.

Qeyd edək ki, Danimarka hökumətinin bu qərarı ölkədə baş verən iqtidar dəyişikliyindən sonra olub. İyun ayının 5-də keçirilən seçkilərdən sonra iqtidarda Sosial Demokrat partiyası təmsil olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*