Daşkənd ictimai nəqliyyatı işini dayandırdıbackend

Daşkənd ictimai nəqliyyatı işini dayandırdı

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Martın 22-dən etibarən Daşkənddə ictimai nəqliyyatın hərəkəti müvəqqəti dayandırılıb.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu barədə Özbəkistan paytaxtının meriyasının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, metro, avtobus və sabit marşrut taksiləri fəaliyyətlərini dayandıracaq. Bunun əvəzinə Daşkənd Şəhər Sanitar və Epidemioloji Rifah Mərkəzi tərəfindən dezinfeksiya edilən taksilər işləyəcək ki, bu da hər gün taksi sürücülərinə verilən sertifikatla təsdiqlənəcək. Belə bir sənəd olmadan sərnişin daşımaq qadağandır.

Yalnız Daşkənddəki xəstəxanalar və klinikaların işçiləri avtobuslarda səyahət edəcəklər. Sərnişinlər xüsusi dezinfeksiya olunmuş avtobuslarda daşınacaq.

İctimai nəqliyyatın nə qədər müddətə dayandırılması barədə məlumat verilmir. Özbəkistan paytaxtının səlahiyyətliləri taksi sürücülərini “gediş haqqını aşmamağa və qiymətləri məqbul səviyyədə saxlamağa” çağırıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*