Liviyada daşqınlar nəticəsində ölənlərin sayı 5,2 min nəfərə çatıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Yerli Qırmızı Xaç könüllüləri 10 000 nəfərin itkin düşdüyünü bildiriblər. Telekanalın məlumatına görə, sel sahilyanı Derna şəhərinin dörddə birini dağıdıb.
Daşqınlara “Daniel” qasırğası səbəb olub. Təbii fəlakət sahilyanı Cəbəl əl-Əxdar, Derna və Benqazi şəhərlərinə təsir edib. Hazırda Kirenaika əyalətinin şərqində üç ərazidə komendant saatı tətbiq olunur.