DÇ-2026: Niderland- Yaponiya 2:2backend

DÇ-2026: Niderland- Yaponiya 2:2

DÇ-2026-da F qrupunun ilk tur oyunlarına start verilib.

KONKRET.az xəbər verir ki, qrupun ilk matçında Niderland və Yaponiya yığmaları üz-üzə gəliblər.

Oyunun ilk hissəsində qapılara qol vurulmayıb.

Niderland millisi ikinci hissəyə qolla başlayıb. Qravenberxin ötürməsindən sonra kapitan Van Dayk başla dəqiq oynayıb: 1:0.

Yaponlar çox keçmədən bərabərlik qolunu vurmağı bacarıb. Buraxılan qoldan cəmi 6 dəqiqə sonra Nakamura hesabı bərabərləşdirib: 1:1.

Buna baxmayaraq Niderland yenidən önə keçib. Sammervil 64-cü dəqiqədə hesabı hollandların xeyrinə dəyişib: 2:1.

Təslim olmayan Yaponiya 89-cu dəqiqədə ikinci dəfə tarazlığı bərpa edib. Oqava topu başla qapıdan keçirib: 2:2.

Görüş bu hesabla başa çatıb.

DÇ-2026

F qrupu

14 iyun

00:00. Niderland – Yaponiya 2:2

Qol: V. Van Dayk, 51, Nakamura, 57, Sammervil, 64, Oqava, 89

Niderland:

Verbrüggen, Dumfris, van Hekke, van Deyk, van de Ven, Qravenberx, de Yonq, Reynders, Sammervil, Malen, Qakpo.

Yaponiya:

Suzuki, İto, Taniquçi, Vatanabe, Nakamura, Sano, Kamada, Doan, Maeda, Kubo, Ueda.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*