Türkiyənin Şanlıurfa vilayətində dəhşətli qətl hadisəsi baş verib.
KONKRET.az “Haber Global”a istinadən xəbər verir ki, silahla ehtiyatsız davranan 21 yaşlı oğul anasına atəş açaraq onu qətlə yetirib.
İddialara görə, Sivərək rayonunun Ayvanat məhəlləsində yaşayan S.A. evdə tapança ilə oynayan zaman silahdan atəş açılıb və güllə 43 yaşlı anasının başına dəyib. Ağır yaralanan qadın təcili olaraq rayon mərkəzi xəstəxanasına çatdırılıb. Lakin həkimlərin ciddi müdaxiləsinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb.
Polis faktla bağlı araşdırmalara başlayıb.
Rəsmiyyə Şərifova,
KONKRET.az
